2022-ci ilin I rübündə Azərbaycanda baş vermiş yanğın hadisələri zamanı 22 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Bu, ötən ilin I rübü ilə müqayisədə 9 nəfər və ya 69,2% çoxdur”, - deyə məlumatda bildirilir.
Bu dövrdə çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə baş vermiş yanğın hadisələri nəticəsində 21 nəfər (bir il əvvəl 12 nəfər) həlak olub. Bundan başqa, digər yanğınlar zamanı 1 nəfər həlak olub.
I rübdə yanğın hadisələri zamanı 33 nəfər xəsarət alıb.
2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda 440 yanğın hadisəsi (azalma 15,4%) baş verib.*
X.Nəsirzadə