“UHY AUDİT” MMC 2021-ci il üzrə DOST agentliyi və təsisçisi olduğu 7 hüquqi şəxsin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunluğunun auditini həyata keçirəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytında dərc olunmuş məlumata istinadən xəbər verir ki, “UHY AUDİT” müvafiq tenderin qalibi elan edilib.
Audit xidmətinin dəyəri 20 min manatdır.*
R.Əhmədov