2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana kondisioner idxalı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə - 16,901 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $6 milyon 45 min məbləğində (artım 3,6 dəfə) qiymətləndirilir.
Yanvar-fevral aylarında Azərbaycana $19 milyon 626,6 min dəyərində (artım 9,9%) 111,9 min ədəd (azalma 15,2%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 3,5% - 23,005 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri $5 milyon 112 min (artım 4,1%) təşkil edir.*
B.Rüstəmbəyov