2022-ci ilin yanvar-mart aylarında Azərbaycana $163 milyon 369,57 min dəyərində əczaçılıq məhsulları idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2022-ci ilin I rübündə Azərbaycana $163 milyon 369,57 min dəyərində (artım 44,3%) 7 min 455,82 ton (artım 15,5%) əczaçılıq məhsulları idxal edilib.
2021-ci ildə Azərbaycana $528 milyon 566,59 min dəyərində (artım 40,1%) 22 min 335,95 ton (azalma 1,5%) əczaçılıq məhsulları idxal edilib.*
N.Abbasova