2022-ci ilin I rübündə Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 23 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
İlin əvvəlindən respublika ərazisində 3,542 min təbii və texnogen mənşəli hadisə (2021-ci ilin I rübü ilə müqayisədə 70% çox) baş verib. Bu hadisələr nəticəsində 23 nəfər (2021-ci ilin I rübündə 15 nəfər) həlak olub, 70 nəfər (2021-ci ilin I rübündə 75 nəfər) xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 41 nəfər xilas edilib, 309 nəfər təxliyə olunub.
Hesabat dövründə respublika ərazisində 15 partlayış hadisəsi baş verib ki, bu da 2021-ci illə müqayisədə 25% azdır. Partlayışlar zamanı 1 nəfər həlak olub, 14 nəfər xəsarət alıb.*
X.Nəsirzadə