Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi zabit heyəti (kiçik və yuxarı heyət) üçün gündəlik geyim dəstlərinin satın alınmasına 4,1 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytında dərc olunmuş məlumata istinadən xəbər verir ki, “Kombat Group” MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri 4 milyon 135,869 min manatdır.*
B.Rüstəmbəyov