Azərbaycanla Qırğızıstan arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanacaq. Bunu Prezident İlham Əliyev deyib.
“Sizin səfəriniz bizim münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək, çoxlu sənədlər imzalanacaq. Əlbəttə, hesab edirəm ki, həmin sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir”, - deyə dövlət başçısı aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşdə bildirib.
Onun sözlərinə görə, bu sənəd iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdıracaq.
“Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət, nəqliyyat, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması və əlbəttə, müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizlik məsələləri barədə ətraflı danışacağıq. Düşünürəm ki, bu məsələlərə dair fikir mübadiləsi də çox faydalı olacaq”, - deyə İ.Əliyev əlavə edib.*
B.Rüstəmbəyov