Pirallahı Sənaye Parkında yeni rezident - “Medtest” MMC qeydiyyata alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bununla da Sənaye Parkının rezidentlərinin sayı 5-ə çatıb.
“Medtest” MMC tərəfindən Sənaye Parkının ərazisində “Qanda şəkəri təyin edən cihaz (qlükometr) və striplər istehsalı layihəsi” həyata keçiriləcək.
20 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulan layihənin investisiya dəyəri 2,75 milyon manatdır ($1,6 milyon) və bunun da 82%-i (2,255 milyon manat) təsisçi, 18%-i (495 min manat) Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti hesabına formalaşdırılacaq.
“İstehsal olunacaq məhsullar ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov