Hesablama Palatası “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yoxlamalara başlayıb. Bu barədə qurumun sədri Vüqar Gülməmmədov bu gün məlumat verib.
“Yoxlamalar yeni başlayıb və iyun ayında yekunlaşması planlaşdırılır”, - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, Hesablama Palatası mayda Kənd Təsərrüfatı Nazirliyində fermerlərə ayrılan subsidiyaların məqsədyönlü şəkildə istifadəsi ilə bağlı yoxlamalara başlayacaq.*
A.Hüseynova