Aprelin 25-26-da Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının növbəti, 20-ci iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Hökumətlərarası Dövlət Komissiyasının növbəti iclasının aprelin 25-26-da Bakıda keçirilməsi planlaşdırılıb”, - deyə mənbə bildirib.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün jurnalistlərə açıqlamasında bildirib ki, bu həftə komissiyanın iclasına hazırlıq müşavirəsi keçiriləcək. Onun sözlərinə görə, iclasın gündəliyi genişdir, iştirakçılar əməkdaşlığın müxtəlif sahələrini müzakirə edəcəklər.
Hökumətlərarası Dövlət Komissiyasının əvvəlki iclası 2021-ci ilin aprel ayında Moskvada keçirilib. Komissiyanın həmsədrləri Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevdir.*
R.Əhmədov