31 mart 2022-ci il tarixinə “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 810,569 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 0,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Aktivlərin strukturunda banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitlər xüsusi çəkiyə malikdir, onların həcmi 431,991 milyon manat (azalma 7,6%) təşkil edir.
Bankın kredit portfeli 253,232 milyon manata (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4% - İF) bərabərdir.
31 mart 2022-ci il tarixinə bankın öhdəlikləri 703,755 milyon manat (azalma 0,5%) təşkil edir.
Hesabat dövrünün sonuna ASB-nin depozit portfeli 507,933 milyon manata (azalma 1,3%) bərabərdir.
Bankın kapitalı 106 milyon 813,69 min manat (artım 1,3%), nizamnamə kapitalı 60 milyon manat (dəyişməyib) təşkil edir.
I rübdə fəaliyyətinin yekunları üzrə ASB-nin xalis mənfəəti 1 milyon 569,16 min manat (2021-ci ilin I rübünün göstəricisi ilə müqayisədə artım 3,8 dəfə - İF) məbləğində olub.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və aktivlərinin həcminə görə bankların ilk onluğunda yer alır.*
X.Nəsirzadə