“Bank of Baku” 2022-ci ilin I rübündə aktivlərini 5,5% - 524,675 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il martın 31-nə bankın kredit portfeli 433,991 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,9% - İF) təşkil edib. İstehlak kreditləri portfeli 288,64 milyon manata (artım 4,8%), biznes kredit portfeli 126,282 milyon manata (artım 4,7%) bərabərdir.
Bankın öhdəlikləri 420,413 milyon manat (artım 4,3%) məbləğindədir. Bankda depozitlər 249,28 milyon manat (artım 0,9%), əhalinin əmanətləri 219,514 milyon manat (azalma 1%) təşkil edir.
2022-ci ilin mart ayının sonuna “Bank of Baku”nun kapitalı 104 milyon 262,11 min manata (artım 10,4%), nizamnamə kapitalı 52,87 milyon manata (dəyişməyib) bərabərdir.
2022-ci ilin yanvar-mart ayları ərzində fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 9 milyon 883,23 min manat (artım 2,4 dəfə) təşkil edib.
“Bank of Baku” 1994-cü ildə yaradılıb.*
X.Nəsirzadə