Azərbaycanda koronavirus infeksiyasına son sutkada 21 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 412-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 26 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl üç gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 706 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 584 nəfər (sutka ərzində +12) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 122 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 522 (ötən gün 4 min 553 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 780 min 926 test aparılıb.*
R.Kərimov