Bu gün Gürcüstan-Azərbaycan sərhədində 3 bal gücündə zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yeraltı təkanlar yerli vaxtla saat 17:37-də qeydə alınıb.
“Yerli vaxtla saat 17:37-də Zaqatala stansiyasından 42 km cənub-qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb”, - deyə məlumatda bildirilir.
Zəlzələnin ocağı 14 kilometr dərinlikdə yerləşib.
Seysmoloqlar əlavə ediblər ki, təkanlar sərhəd rayonlarda hiss edilib.*
R.Kərimov