Seysmoloqlar gün ərzində Azərbaycanda ikinci zəlzələni qeydə alıblar.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, bu gün 3 bal gücündə ikinci zəlzələ İsmayıllı rayonunda baş verib.
“Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 22:05-də İsmayıllı stansiyasından 27 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb”, - deyə məlumatda bildirilir.
Zəlzələnin ocağı 42 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
İki saat əvvəl isə yerli vaxtla saat 20:09-da Əli-Bayramlı stansiyasından 48 km cənub-şərqdə Neftçala rayonunda 3 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 32 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.*
R.Kərimov