2022-ci ilin birinci rübündə “SOCAR Methanol” MMC tərəfindən 147 min ton metanol istehsal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci il aprelin 1-nə müəssisənin anbarında 40,3 min ton hazır məhsul var.
Dövlət Gömrük Momitəsinin məlumatına görə, hesabat dövründə “SOCAR Methanol” $37 milyon 69,12 min dəyərində 115 min 841 ton metanol ixrac edib. Bu dövrdə Azərbacandan ixracın ümumi həcmində metanolun payı 0,46%, qyri-neft məhsullarının ixracı həcmində - 5,1% təşkil edəcək.
Xəbər verildiyi kimi, “SOCAR Methanol” zavodunda əsaslı təmir işlərinin aparılması ilə əlaqədar metanol istehsalı 2021-ci ilin yanvar ayından aprel ayına qədər dayandırılmışdı. May ayında müəssisə fəaliyyətini tam gücü ilə bərpa edib.
Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu “AzMeCo” şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.
SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-nin sərəncamına verilmiş müəssisəni sonuncudan 810 milyon manata alıb.**
N.Abbasova