2021-ci ildə Hesabalama Palatası tərəfindən 46 nəzarət tədbiri keçirilb, 2020-ci ildə bu göstərici 41 olub.
Hesablama Palatasının 2021-ci ildə fəaliyytinə dair hesabatına əsasən, 50 yoxlamanın keçirilməsi planlaşdırılırdı.
Ümumilikdə 2021-ci ildə aparılmış nəzarət tədbirləri ilə aşkar edilmiş pozuntuların məbləğinin 80,1 mln. manat olduğu müəyyən edilib (2020-ci ildə - 130,3 milyon manat).
Palatanın qiymətləndirmələrinə əsasən, 35,7 mln. manat məbləğində vəsaitin bərpası ilə bağlı birbaşa tədbirlər müəyyən ediib, baxmayaraq ki, bərpa üçün birbaşa əsasların müəyyən edilməsi mümkün olmayan 44,4 milyon manat qalmaqdadır.
2021-ci ildə aparılmış yoxlamalar nəticəsində 30,8 milyon manat vəsait bərpa olunub, daha 1,2 milyon manat – ötən illər ərzində aparılan yoxlamalar nəticəsində bərpa edilib Bundan başqa, hüquq-mühafizə orqanlarına göndərilmiş materiallar üzrə dövlətə dəymiş ziyanla bağlı 2,2 milyon manatın ödənilməsi təmin edilib.
Beləliklə, 2021-ci ildə 34,2 milyon manat dövlət vəsaiti bərpa edilib (2020-ci ildə 53,7 milyon manat). **
R.Əhmədov