31 dekabr 2021-ci il tarixinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Beynəlxalq Maliyyə Hesabatları Standartları (BMHS) üzrə aktivləri 11 milyard 753,259 milyon manat təşkil edir, bu da bankın 2020-ci ilin göstəricindən 27,7% çoxdur.
Ötən ilin bankın auditi aparılmış birləşmiş hesabatına əsasən, ABB-nin kredit portfeli 23,4% - 2 milyard 958,768 milyon manatadək artıb.
Bankda nağd vəsait 6 milyard 837,554 milyon manata (2020-ci il ərzində artım 2,7 dəfə) bərabərdir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 10 milyard 50,568 milyon manata (artım 33,9%) bərabərdir.
Bu dövrdə ABB-nin depozitlərinin həcmi 8 milyard 696,591 milyon manat (artım 59,2%) təşkil edib.
31 dekabr 2021-ci il tarixinə ABB-nin kapitalı 1 milyard 702,691 min manat (artım 0,3%) təşkil edib. Bankın nizamnamə kapitalı 1 milyard 241,287 milyon manata (dəyişməyib) bərabərdir.
ABB 2021-ci ili BMHS üzrə 139,592 milyon manat məbləğində xalis mənfəətlə başa vurub ki, bu da 2020-ci ilin göstəricisindən 22% azdır. Hesabata əsasən, 2021-ci ildə bank avrobondların müddətdən əvvəl qeri alışını həyata keçirib, bunun nəticəsində 71,517 milyon manat məbləğində birdəfəlik zərər əmələ gəlib, bu da bankın ümumi məfəətinə təsir edib.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda təxminən 96% pay dövlətə məxsusdur.**
A.Əzizov