Azərbaycan dövləti tərəfindən cümə axşamı Ukraynaya növbəti humanitar yardım yola salınacaq.
“Humanitar yükü Varşava hava limanına çatdırmaq üçün ilk təyyarə bu gün saat 14:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınacaq. Ümumi çəkisi 170 tondan çox olan humanitar yardıma 4,37 milyon manat (2,4 miçyon avroya yaxın) məbləğində dərman vasitələri və tibbi sərfiyyat malları və ərzaq məhsulları daxildir», - “İnterfaks-Azərbaycan”a Hava Limanından məlumat verilib
Öncə Azərbaycan rəhbərliyi fevral-mart aylarında Ukraynaya ukraynalı qaçqınlar üçün iki partiya və Moldovaya bir partiya ümumi məbləği 23.2 milyon manat olan (12,5 milyon avrodan artıq) 550 tondan çox tibbi preparatlar və ərzaq məhsulları humanitar yardım göndərib.
Beləliklə, humanitar yardımın ümumi məbləği 27.6 milyon manat (təxminən 15 milyon avro), çəkisi 720 ton təşkil edib.
Bundan başqa, apreldə Azərbaycan hökuməti hazırda Moldovada olan ukraynalı qaçqınlara humanitar yardım göndərib. **
B.Rüstəmbəyov