2021-ci ildə Azərbaycanla Meksika arasında ticarət dövriyyəsinin həcmi $64,9 milyon təşkil edib. Bu barədə Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Floresbəyan edib.
“Ötən illər ərzində illik dövriyyənin göstəricisi $2,3 milyon təşkil edib, beləliklə bu göstərici təxminən 30 dəfə artıb”, - Flores bu gün keçirilən dəyirmi masa zamanı bildirib.
Səfirin sözlərinə görə, Meksika ixracının Azərbaycana əsas maddələrini avtomobillər, avomobil ehtiyat hissələri, şəkər və neft nəqli üçün borular təşkil edib. **
E.Şəfiyev