Sahibkarlığın İnkişafı Fondu (SİF), Dubay Ticarət Palatasının Azərbaycan Nümayəndəliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndələri və qida sektorunda fəaliyyət göstərən sahibkarların iştirakı ilə görüş keçirilib.
“Görüş zamanı biznes subyektlərinin qida məhsulları ixracı potensialı və ixracın təşkili üçün tələb olunan maliyyə mənbələrinə çıxış imkanları müzakirə olunub”. – SİF-dən məlumat verilir.
Görüşdə yerli sahibkarların Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə Dubay bazarlarında rəqabətqabiliyyətli olması üçün ehtiyacların müəyyən edilməsi və buna uyğun olaraq yeni maliyyə dəstəyi mexanizmlərinin yaradılması perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev yerli məhsulların xarici bazarlara çıxarılması məqsədilə sahibkarların ehtiyacları fonunda yeni dəstək alətlərinin yaradılması ilə bağlı araşdırmaların aparıldığını qeyd edib. **
B.Rüstəmbəyov