"Bank Respublika" ASC 15 milyon manat məbləğində istiqrazların yerləşdirilməsini planlaşdırır. Bu barədə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
“21 aprel 2022-ci il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə "Bank Respublika"nın ümumi dəyəri 15 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib”, - məlumatda deyilir.
Emissiya hər biri 1 min manat olan 15 min ədəd istiqraza bölünüb.
İstiqrazlar 2 illik müdldətə buraxılacaq, onların illik gəlirliyi 8,5% təşkil edir (faizlər 6 aydan bir ödəniləcək).
İstiqarzların yerləışdirilməısindən vəsaiti bank kredit portfelinin genişlənməsi və bir sıra layihələrin maliyyələşdirilməsinə yönəldəcək.
Xəbər verildiyi kimi, 2022-ci ilin fevral ayında “Bank Respublika” ASC hərracda 15 milyon manat məbləğində istiqrazları yerləşdirib. Hərrac zamanı 8 investor tərəfindən 8 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 17 milyon 283 min manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 15 milyon manat təşkil edib. Emissiya nominal dəyəri 1 min manat olan 15 min istiqraza bölünüb. İstiqrazların tədavül müddəti – 2 il, illik faiz dərəcəsi – 8,5% (kupon faizlərinin ödəniş müddəti – 6 aydan birdir) təşkil edir.
İstiqrazların yerləşdirilməsindən vəsaiti bank kredit portfelinin genişləndirilməsi və bir sıra layihələrin maliyyələşməsinə yönəldəcək.
“Bank Respublika” ASC 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasında Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT təmsil olunur. Bankın əsas səhmdarı sahibkar Natiq Quliyevdir (2020-ci ilin sonuna kapitaldakı payı – 67,7502%-dir). **
A.Əzizov