“TuranBank” 2022-ci ilin yanvar-mart aylarında aktivlərini 29,65,1% - 751,594 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il martın 31-nə bankın kredit portfeli 456,965 milyon manata (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,7% - İF) bərabər olub. Həmçinin, biznes kreditlər üzrə portfel 274,499 milyon manat (artım 3,7%), istehlak kreditləri üzrə - 99,954 milyon manat (artım 8%) həcmində qiymətləndirilir.
“TuranBank”ın öhdəlikləri 663,249 milyon manat (artım 5,6%) təşkil edib.
Bankın depozit portfeli 432,214 milyon manat (artım 3,5%), həmçinin fiziki şəxslərin əmanətləri – 276,594 milyon manat (artım 7,4%) təşkil edib.
Martın sonuna “TuranBank”ın kapitalı 88,345 milyon manata (artım 1,5%), nizamnamə kapitalı 80,005 milyon manata (artım 6,7%) bərabərdir.
2022-ci ilin birinci rübünün yekunları üzrə bankın xalis mənfəəti 1 milyon 13 min manat təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 9,6 dəfə çoxdur.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Səhmdarları 29 hüquqi və fiziki şəxsdir.**
X.Nəsirzadə