Peterburq hökuməti ümid edir ki, 2022-ci ilin yekunları üzrə şəhər 5 milyondan artıq turist qəbul edəcək. Bu barədə Turizmin İnkişafı üzrə Komitənin rəhbəri Sergey Korneyev cümə axşamı “İnterfaks”da mətbuat konfransında bildirib.
“Əsas proqnoz: 5 milyondan 6 milyona qədərdir – bu, əlverişli vəziyyətdə, həmçinin pandemiya nəzərə alınmaqla rusiyalı turistlərlə işdir. 6 milyondan artıq – dünydana vəziyətin necə inkişaf edəcəyi bizə məlum deyil, həmçinin pandemiya ilə əlaqədar, bu, xarici turist axını barədə söz açıram. Lakin aşağıdakıları deyə bilərəm: 2019-cu ildə, pandemiyadan əvvəl xarici turistlərin sayı yarıdan çox idi (Peterburqda), həmin 5,5 milyon xarici turistlərin 60%-i sanksiyalara qoşulmayan ölkələrdən olan qonaqlar olub”, - Korneyev bəyan edib.
Onun sözlərinə görə, birinci yerdə Çin qərarlaşıb, daha sonra Yaxın Şərq, İran, Hindistan, Vyetnam, Asiya və Latın Amerikasının digər dövlələtri gəlir. Korneyev qeyd edib ki, şəhər üçün ərəb ölkələrindən turistlər önəm kəsb edir, çünki onlar, biq qayda olaraq, ailələri ilə uzun müddətə səfər etdikləri zaman yüksək orta çek saxlayırlar. Peterburq üçün potensial maraqlı ölkələr sırasına həmçinin, Qazaxıstan və Azərbaycan daxil olmaqla, MDB ölkələri daxildir. **