Azərbaycan prezident İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanış oldu. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezidentə su anbarının imkanları barədə məlumat verilib. Ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6,2 min hektar əkin sahəsinin suvarılması mümkün olacaq.
Məlumata əsasən, işğaldan azad olunmuş ərazilərdə 9 su anbarı tikilir və ya təmir olunur, bununla da bütövlükdə regionun iqtisadi inkişafı sürətlənəcək. **
X.Nəsirzadə