Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ölkə ərazisində tətbiq edilmiş bəzi məhdudiyyətlərin aradan qaldırılmasını təsdiq edib.
Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.
Bununla belə, hava limanı ərazisində və uçuş zamanı, habelə təhsil müəssisələrində tibbi maskalardan istifadə tövsiyə edilir.
Bundan başqa, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılır.*
R.Əhmədov