Baş nazir Əli Əsədov Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən yeni tərkibini təsdiq edib.
Sərəncama əsasən, Azərbaycan tərəfindən Birgə Komissiyanın həmsədri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin müavinidir.
Komissiyanın üzvləri Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi, müxtəlif nazirlik və qurumların nümayəndələri, Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavinidir.*
R.Əhmədov