Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 19-20-də Rusiyaya baş tutmuş səfərini səmərəli adlandırıb.
Onun sözlərinə görə, Moskva danışıqları zamanı regional kommunikasiyaların açılması prinsipləri ilə bağlı razılıq əldə edilib, “bu məsələdə Ermənistan və Rusiyanın yanaşmalarının ümumiliyi təsbit edilib”.
“Ermənistanın ölkə ərazisində şərq və qərbi (Azərbaycanı Naxçıvan və Türkiyə ilə, Zəngəzur dəhlizi - İF) birləşdirən dəmir yolu və avtomobil yollarının tikintisinə mümkün qədər tez başlamağa hazır olduğunu təsdiq edirəm. Ümid edirəm ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirləri müavinlərinin üçtərəfli işçi qrupu tezliklə müvafiq sənədləri hazırlayaraq razılaşdıracaq”, - deyə Paşinyan bu gün hökumətin iclasında bildirib.*