Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Cənubi Qafqazın dinc gələcəyinin qurulması üçün gələcək işlərin perspektivlərini müzakirə edib.
“Ermənistanın baş naziri Nikol Paşinyanla Cənubi Qafqazın sabit, dinc və firavan gələcəyinə doğru irəliləmək üçün gələcək işlərin perspektivlərini müzakirə etdik. Aİ Ermənistan və Azərbaycan arasında dialoqu dəstəkləməyə sadiqdir”, - deyə Mişel Twitter hesabında yazıb.*