“Rossiya” aviaşirkəti (“Aeroflot” Qrupuna daxildir) mayın 1-dən etibarən Moskvadan Bakıya müntəzəm uçuşlara başlayır.
Uçuşlar Rusiya istehsalı olan “SuperJet 100” tipli təyyarələrlə hər gün Şeremetyevo hava limanından həyata keçiriləcək və bu istiqamətdəki “Aeroflot” reyslərini əvəz edəcək.*