Bu gün Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
“Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 11:37-də Xəzər dənizində qeydə alınıb”, - deyə məlumatda bildirilir.
Zəlzələ ocağı 30 km dərinlikdə yerləşib.*
R.Kərimov