Şuşada 7 yaşayış massivi tikilir. Bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov bu gün Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində çıxışı zamanı deyib.
“Şuşada 7 yaşayış massivi, məscid və digər obyektlərin tikintisi davam edir”, - deyə o bildirib.
Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı 22-23 aprel tarixlərində Şuşa şəhərində keçirilib. Tədbirdə 65 ölkədən 400 nəfərdən çox diaspor nümayəndəsi və qonaq iştirak edib.
Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci ildə, II qurultay 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.*
R.Kərimov