Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı Cənubi Qafqazda vəziyyət və Brüssel-Bakı münasibətləri müzakirə olunub.
“Azərbaycan Prezidenti ilə Cənubi Qafqaz regionunda vəziyyət və Aİ-Azərbaycan münasibətlərinin inkişafı ilə bağlı müzakirələri davam etdirdim”, - deyə o, şənbə günü Twitter hesabında yazıb.
“Bizim məqsədimiz regionda yaşayan bütün insanlara fayda gətirəcək dinc Cənubi Qafqazdır. Aİ dialoq aparmağa və dəstəkləməyə davam edəcək”, - deyə Ş.Mişel qeyd edib.*
R.Kərimov