Qazax Rayon İcra Hakimiyyəti küçə, həyətlərin abadlaşdırılması və yolların təmirinə dair «Azərtranss» MMC ilə müqavilələr bağlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verib ki, şirkətlə 1,16 milyon manat ümumi məbləğdə iki müqavilə imzalanıb.
Birinci müqavilə Qazax şəhərinin küçələri və yaşayış binalarının həyətlərində abadlıq işlərinin aparılmasına yönəlib. Müqavilənin dəyəri – 794,6 min manatdır.
İkinci müqavilənin predmeti Qazax rayonunun yollarının təmiridir. Müqavilənin dəyəri – 369,874 min manatdır. **
E.Şəfiyev