2022-ci ilin yanvar-mart aylarında “Expressbank” aktivlərini 4,2% - 366,218 milyon manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Bankın kredit portfeli 262,965 milyon manata (artım 0,6%), xüsusilə istehlak kreditləri 140,789 milyon manata (artım 2%), biznes kreditləri 88,136 milyon manata (azalma 1,5%) bərabərdir.
“Expressbank”ın öhdəlikləri 238,823 milyon manat (artım 5%) təşkil edir. 2022-ci il aprelin əvvəlinə bankın depozit portfeli 154,274 milyon manat (azalma 1,2%), həmçinin əhalinin əmanətləri 118,993 milyon manat (artım 0,1%) məbləğində olub.
Bankın kapitalı 127,396 milyon manat (artım 2,9%), nizamnamə kapitalı 112,545 milyon manat (dəyişməyib) təşkil edib.
2022-ci ilin birinci rübün yekunları üzrə bankın xalis mənfəəti 3,508 milyon manat (2021-ci ilin analoji dövrü ilə müqayisədə artım 12,1% - İF) təşkil edib.
“Expressbank” 1989-cu ildə yaradılıb. Bankın səhmdarları 5 hüquqi və fərdi şəxsdir.**
X.Nəsirzadə