İqtisadiyyat naziri Mikayıl Cabbarov hökumətin vəzifələrindən birinin dövlət satınalmaları sahəsində büdcə təşkilatları və dövlət şirkətlərinə xidmət göstərilməsinə yerli şirkətlərin cəlb olunmasını qeyd edir.
“Hazırda vəzifələrdən biri büdcə təşkilatlarına və dövlət şirkətlərinə xidmət göstərmək və onlardan satınalmalar həyata keçirmək üçün yerli şirkətləri təkrar yönəltməkdir. Bu halda söhbət yalnıa xalis yerli kapital ilə şirkətlərdən deyil, həm də birgə müəssisələrdən gedir. Lakin, təbii ki, milli kapitalla şirkətlərin cəlb edilməsi daha yaxşı olardı”, - Cabbarov bu gün "İqtisadiyyatın inkişafında sahibkarlığın rolu" adlı konfransda çıxış edərkən bildirib.
Nazir qeyd edib ki, heç kəs üçün sirr deyil ki, Azərbaycanda bu istiqamətdə bir sıra imkanlar əldən qaçırılıb. Onun sözlərinə görə, yaxın zamanda bu istiqamətdə yeni təşəbbüsə start veriləcək.
“Bu təşəbbüsün flaqmanı ən iri şirkət – SOCAR olacaq. Hazırda şirkətin təchizat, avadanlıq, əmlak zəncirinin qiymətləndiriməsi aparılır. Bu işlər ölkə prezidentinin tapşırığa əsasən həyata keçirilir”, - Cabbarov deyib.
O qeyd edib ki, bu prosesin əsas məqsədi iqtisadiyyatın inkişafına yerli şirkətlərin töhfəsinin artırılmasıdır.
“Ancaq bu yalnız SOCAR-a deyil, həm də bütün büdcə təşkilatları və dövlət şirkətlərinə aiddir. İnanıram ki, bu ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək, yeni şirkətlərin və yeni iş yerlərinin açılmasına imkan yaradacaq”, - iqtisadiyyat naziri əlavə edib. **
B.Rüstəmbəyov