Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi İsrailin maliyyə naziri Aviqdor Libermanı qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Söhbət zamanı Əliyev və Liberman son dövrlərdə qarşılıqlı səfərlərin intensivliyinin və dinamikasının artması, həmçinin İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsi və Turizm Mərkəzinin açılmasını müsbət amil kimi qiymətləndiriblər”, - məlumatda deyilir.
Həmçinin, həmsöhbətlər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. **
E.Şəfiyev