Azərbaycan hökuməti sahibkarların maliyyə resurslarına çıxışını sadələşdirmək üçün təkliflər hazırlayır. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“Hazırda Azərbaycan hökuməti maliyyə-bank sistemində yeni yanaşma üzərində işləyir. Biz sahibkarların maliyyə resurslarına çıxışını sadələşdirmək məqsdədilə müvafiq strukturlarla iş həyata keçiririk”, - Cabbarov bu gün "İqtisadiyyatın inkişafında sahibkarlığın rolu" adlı konfransda çıxış edərkən bildirib.
O, həmçinin qeyd edib ki, iki il ardıcıl olaraq qeyri-neft ixracının artım templəri 40% təşkil edir. “Bu ixracın iki dəfə artımı deməkdir. Lakin, təbii ki, biz belə templərini daima saxlaya bilməyəcəyik. Eyni zamanda, bunun arxasında yeni şirkətlərinaçılması, yeni bazarlara çıxış, gömrük orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və s. durur”, - nazir deyib.
Həmçinin, Cabbarov yerli iş adamlarını Azərbaycan iqtisadiyyatına sərmayə yatırmağa çağırıb. “Bir neçə il əvvəl yerli sahibkarlardan qonşu ölkələrin iqtisadiyyatına yatırım etməklə Azərbaycanla müqayisədə daha çox üstünlük əldə etdiklərinə dair fikirlər eşitmək olardı. Düşünürəm ki, indi biz deyə bilərik ki, ölkə iqtisadiyyatına sərmayələr az üstünlük vermir, qonşu ölkələrlə müqayisədə isə bu daha da faydalıdır”, - o vurğulayıb.
Nazir əlavə edib ki, Azərbaycanda demoqrafik inkişafını nəzərə alaraq, illik 100 minə qədər yeni iş yeri yaratmaq lazımdır.**
B.Rüstəmbəyov