“AFB Bank” 2022-ci ilin yanvar-mart aylarında aktivlərini 3% - 264 milyon 80,59 min manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Martın 31-nə bankın kredit portfeli 146 milyon 246,63 min manata (2021-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə artım 2,4% - İF), xüsusilə istehlak kreditləri 17 milyon 881 min manata (artım 9,1%), biznes kreditləri 83 milyon 420,19 min manata (artım 0,1%), əmlak kreditləri 44 milyon 945,43 min manata (artım 4,5%) bərabərdir.
Bankın öhdəlikləri 180 milyon 954,47 min manat (azalma 5,3%) təşkil edir. Bankda depozitlər 104 milyon 300,11 min manat (artım 11,1%), fiziki şəxslərin əmanətləri 27 milyon 239,17 min manat (artım 3,5%) məbləğindədir.
“AFB Bank”ın kapitalı 83 milyon 126,12 min manat (artım 2,4%), nizamnamə kapitalı 70 milyon 393,455 min manat (dəyişməyib) təşkil edib.
2022-ci ilin birinci rübünün yekunları üzrə bankın xalis mənfəəti 1,854 milyon manat (azalma 2,4 dəfə) təşkil edib.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
X.Nəsirzadə