“Bank Respublika” 2022-ci ilin yanvar-mart aylarında aktivlərini 1,2% - 1 milyard 247 milyon 365,47 min manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Martın sonuna bankın kredit portfeli 762,488 milyon manata (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,9%- İF) bərabərdir. İstehlak kreditləri 163,216 milyon manat (artım 16%), biznes kreditləri 535,632 milyon manat (artım 3,6%) məbləğində qiymətləndirilir.
“Bank Respublika”nın öhdəlikləri 1 milyard 151 milyon 953,42 min manat (artım 1,8%), depozitlər 774,888 milyon manat (azalma 3,3%), o cümlədən fiziki şəxslərin əmanətləri 409,594 milyon manat (artım 0,3%) təşkil edir.
Bankın kapitalı 95,403 milyon manata, nizamnamə kapitalı 73,461 milyon manata (dəyişməyib) bərabərdir.
Birinci rübdə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 6 milyon 42,47 min manat (2021-ci ilin analoji dövrü ilə müqayisədə artım 2,1 dəfə - İF) təşkil edib.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasında Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT təmsil olunur.*
X.Nəsirzadə