“VTB Bank (Azerbaijan)” ASC 2022-ci ilin birinci rübünün nəticələrini dərc edib.
31 mart 2022-ci il tarixinə bankın əməliyyat gəlirləri 11,6 milyon manat, o cümlədən faiz gəlirləri 6,2 milyon manat, qeyri-faiz gəlirləri – 5,4 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 71%, qeyri-faiz gəlirləri isə 3,1 dəfə artıb. Gəlirlərin artımı xalis kredit portfelinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 44.4% böyüməsinın, həmçinin tranzaksiya biznesinin və hüquqi şəxslərin hesablaşma əməliyyatlarının artımının nəticəsidir.
Bank hesabat dövründə 3,4 milyon manat həcmində əməliyyat mənfəəti əldə edib. Həmçinin, bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 5,5 milyon manat təşkil edib.
Bankın kapitalı 74,2 milyon manat təşkil edib, bu da 2021-ci ilin yekunları ilə müqayisədə 8% çoxdur. **