Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Gəncə Şəhər Məhkəməsinin təşkili haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının rəsmi saytı məlumat verir.
Sərəncama əsasən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi və Gəncə şəhəri Nizami Rayon Məhkəməsi ləğv edilir.
Məhkəmə-Hüquq Şurasına tövsiyə edilir ki, Gəncə Şəhər Məhkəməsinin hakimlərinin ştat sayını müəyyən etsin və Gəncə Şəhər Məhkəməsinin hakimlərinin təyin edilməsi ilə bağlı təkliflərini 2022-ci il iyunun 1-dək Azərbaycan prezidentinə təqdim etsin.
O cümlədən, Nazirlər Kabinetinə Gəncə Şəhər Məhkəməsinin fəaliyyətinin təşkili ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün tədbirlər görmək tapşırılıb. **
E.Şəfiyev