Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Emmanuel Makronu Fransanın prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik edib.
“Bu il Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. İqtisadiyyat, energetika, o cümlədən neft-qaz yataqlarının istismarı, mədəniyyət, təhsil və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrimizi şərtləndirən başlıca amillərdəndir. Bu əməkdaşlığın bundan sonra da xalqlarımızın mənafeyi naminə birgə səylərimizlə davam etdiriləcəyinə inanıram”, - təbrik məktubunda deyilir.
Həmçinin, Əliyev ümidvardır ki, hazırda Avropa İttifaqına sədrlik edən Fransa Respublikası Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması məqsədilə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, tərəfimizdən təqdim edilən beş prinsip əsasında ölkələr arasında sülh müqaviləsinin hazırlanması prosesinə öz dəstəyini verəcək.
Aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Bu respublikanın Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, bülletenlərin 100%-i işlənəndən sonra seçicilərin 58,5%-i Makrona, 41,5%-i isə Le Penə səs verib. **
N.Abbasova