2022-ci ilin yanvar-mart aylarında “Günay Bank”ın aktivləri 1,7% - 260,81 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il martın sonuna bankın kredit portfeli 201 milyon 628,85 min manat (artım 0,9%), o cümlədən biznes kreditləri 125 milyon 599,27 min manat (azalma 0,03%) təşkil edir.
Bankın öhdəlikləri 195 milyon 722,63 min manata (artım 2,6%), depozitləri 99 milyon 157,43 min manata (artım 6%), o cümlədən əhalinin əmanətləri 70 milyon 968,77 min manata (artım 10,9%) bərabərdir.
2022-ci il martın 31-nə “Günay Bank”ın kapitalı 65 milyon 87,37 min manat (azalma 0,8%), nizamnamə kapitalı 64 milyon 910,093 min manat (dəyişməyib) təşkil edir.
Bank 2022-ci ilin I rübünü 577,46 min manat məbləğində zərərlə (2021-ci ilin müvafiq dövründə 878,9 min manat məbləğində xalis mənfəətə qarşı) başa vurub.
“Günay Bank” ASC 1992-ci ildə fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları 7 fiziki şəxsdir.*
X.Nəsirzadə