İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) “Universal Properties Group” MMC-ni dövlət qeydiyyatına alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DVX-dən məlumat verilib.
Şirkət 2022-ci il fevralın 22-də qeydiyyata alınıb və nizamnamə kapitalı 3 milyon 216,656 min manatdır. Cəmiyyətin qanuni təmsilçisi Ruslan Mikayılovdur.
Bundan başqa, DVX 2022-ci il fevralın 19-da “Finechem” MMC-ni 170 min manat nizamnamə kapitalı ilə qeydiyyata alıb. MMC-nin qanuni təmsilçisi Hüseyn Səfərovdur.
DVX 2022-ci il fevralın 21-də “Endecor” MMC-ni 20 min manat nizamnamə kapitalı ilə qeydiyyata alıb. MMC-nin qanuni təmsilçisi Nicat Xəlilovdur.*
X.Nəsirzadə