Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul edib. Bu arədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat verir.
“Görüş zamanı Əliyev iqtisadi sahədə əməkdaşlığa toxunaraq, xüsusilə nəqliyyat sferasında yeni imkanların olduğunu vurğuladı”, - məlumatda qeyd olunur.
Dövlət başçısı bəyan edib ki, Bakı və Tbilisinin Cənubi Qafqazın inkişafı ilə bağlı birgə baxışları var və xüsusilə postmünaqişə dövründə Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanların olduğunu bildirdi və Azərbaycan tərəfinin buna hazır olduğunu qeyd etdi. Ermənistanın da bunun regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının yeganə yolu olduğunu anlayacağına ümidvarlığını ifadə etdi.
Öz növbəsində, Darçiaşvili “Azərbaycan prezidentinin əlaqələrimizin inkişafına verdiyi dəstəyi Gürcüstan tərəfinin yüksək qiymətləndirdiyini” bildirdi. Nazir əməkdaşlığın gələcəkdə də genişləndirilməsinin zəruriliyini vurğuladı.
Həmçinin, Darçiaşvili Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Gürcüstana səfər etməklə bağlı dəvətini prezident İlham Əliyevə çatdırdı.
“Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı”, - məlumatda deyilir. **
E.Şəfiyev