Dövlət Vergi Xidməti (DVX) “Satus” MMC-ni qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Xidmətdən məlumat verilib.
Məlumata görə, şirkətin nizamnamə kapitalı 4 milyon 389,57 min manatdır, 28 yanvar 2022-ci ildə qeydiyyata alınıb. Rəsmi nümayəndəsi Azər Novruzovdur.
Bundan əlavə, DVX tərəfindən nizamnamə kapitalı 501 min manat təşkil edən “Bir Tam” MMC qeydiyyata alınıb. Rəsmi nümayəndəsi Azər Məmmədovdur. Cəmiyyət 25 yanvar 2022-ci ildə qeydiyyatdan keçib.
6 yanvar 2022-ci ildə DVX nizamnamə kapitalı 200 min manat ilə “Charge.az” MMC-ni qeydiyyata alıb. Cəmiyyətin rəsmi nümayəndəsi Əbdülməcid Nicatdır.
11 yanvar 2022-ci ildə daha bir şirkət – “Crazypato” MMC DVX-də qeydiyyatdan keçib. Nizamnamə kapitalı – 50 min manatdır. MMC-nin rəsmi nümayəndəsi Xəyal Rüstəmovdur. **
B.Rüstəmbəyov