2022-ci ilin əvvəlindən Sahibkarlığın İnkişafı Fondu 13,3 milyon manat ümumi məbləğdə güzəştli kredit verib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“368 investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli kredit verilib, bu da 344 yeni iş yerinin yaradılmasına imkan yaradacaq”, - Cabbarov sosial şəbəkələrdə hesabında yazıb.
O qeyd edib ki, kreditlərin 94,8%-i ASK məhsullarının istehsalını nəzərdə tutan layihələrə, 3,5%-i- sənaye məhsullarının istehsalını nəzərdə tutan layihələrə, 1,7%-i xidmət sahəsində layihələrə verilib.
Nazir bildirib ki, güzəştli kreditlərin verildiyi layihələrin 99,7%-i regionların, yalnız 0,3%-i Bakının payına düşüb.
Xəbər verildiyi kimi, 2021-ci ilin yekunları üzrə SİF 130,6 milyon manat ümumi məbləğdə güzəştli kredit verib.
2022-ci ildə SİF Azərbaycanda biznes subyektlərinə 140 milyon manat ümumi məbləğdə güzəştli kredit verməyi planlaşdırır. **
B.Rüstəmbəyov