Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) Bakının küçə və prospektlərində piyadalar üçün təhlükəsizlik dirəklərinin (tumbaların) quraşdırılmasına 0,6 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, BNA “Sear Supply” MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri - 588 min 263,28 manatdır.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Prezident İlham Əliyev 2022-ci ilin fevral ayında “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. **
N.Abbasova