Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov çərşənbə günü Latviya Respublikası Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi qəbul edib.
“Əsədov və Pabriks Azərbaycan-Latviya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə ediblər”, - Nazirlər Kabinetinin saytında məlumat verilir.
Tərəflər həmçinin, iki ölkə arasında siyasi, hərbi, ticari-iqtisadi, sərmayə qoyuluşu, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. **
E.Şəfiyev